“Moody`s”in “Xalq Bank” üçün ssenarisi pessimistdir
“Xalq Bank” ASC tənzimləyicinin kapitalın adekvatlığına olan tələblərini yerinə yetirir. Bu barədə “Moody`s” reytinq agentliyi qeyd edir.
“1 may tarixinə bankın məlumatına görə, I dərəcəli kapitalın adekvatlıq əmsalı 14,5%, kapitalın adekvatlıq əmsalı 15,4% təşkil edib, bu da tənzimləyicinin müvafiq olaraq 5% və 10% səviyyəsində minimal tələblərinə uyğundur”, - deyə agentlik bildirib.
Buna baxmayaraq, “Moody`s” “Xalq Bank”ın kapitallaşmasını ehtiyatların nisbətən aşağı səviyyəsi nöqteyi-nəzərindən “sadə” kimi qiymətləndirir.
“2016-cı ilin sonuna bankın ümumi kredit portfelində vaxtı ötmüş kreditlərin payı 14,7%, təkrar strukturlaşdırılan kreditlərin payı 24,6% təşkil edib”, - deyə agentlik vurğulayır.
“Moody`s” qeyd edir ki, bankın kredit portfeli növbəti 12-18 ay ərzində ehtiyat fondu üçün əlavə xərclər tələb edir. Çünki kreditlərin və borcların ödənilməsinə 7,9% səviyyəsində ehtiyatlar kredit risklərinin ödənişi üçün kifayət olmayacaq.
“Əsas ssenariyə əsasən, yüksək kredit xərcləri səbəbindən bank cüzi gəlirli və ya zərərsiz olacaq”, - deyə məlumatda deyilir.
“Marja”nın xəbər verdiyi kimi, Azərbaycanda aktivlərinin həcminə görə 4-cü böyük bank olan “Xalq Bank” ASC "Moody's” tərəfindən “çox yüksək riskli” bank elan edilib
Nüfuzlu kredit reytinqi agentliyi "Moody's Investors Service" “Xalq Bank”ın kredit reytinqini (kredit ödəmə qabiliyyətinin baza səviyyəsini)"b3"-dən "caa1"ə, uzunmüddəli depozit reytinqini isə "B2"dən "B3"ə endirib, proqnoz isə "neqativ"dir.
Agentliyə görə, "Xalq Bank"ın aktivləri və gəlirliliyi təzyiq altındadır.
"Moody's” bildirir ki, reytinqlərin azaldılması, Manatın devalvasiyalarının mənfi təsiri fonunda davamlı əlverişsiz şəraitdə fəaliyyət göstərən bankların kapital buferlərinin, maliyyələşmələrinin və likvidliklərinin pisləşməsini əks etdirir.
"Moody's”in reytinq cədvəlinə görə, "caa1" səviyyəsinin açıqlaması “Çox yüksək kredit riski”, “B3” səviyyəsinin açıqlaması isə “önəmli dərəcədə spekulyativ” deməkdir (Spekulyativ xarakterli, yüksək kredit riski).
Kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments (BCAs) xarici dəstək olmadan bankın defolt ehtimalını təsvir edir.
Banka kredit reytiniqi təyin edilərkən sistem riskləri, bankın maliyyə vəziyyəti , ölkədəki makro vəziyyət təhlil edilir.
© İnterfaks-Azərbaycan, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)









