Azərbaycanın dövlət şirkəti ABŞ-ın məşhur korporasiyası ilə tərəfdaş oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ABŞ-ın məşhur “Oracle” beynəlxalq texnologiyalar korporasiyası ilə tərəfdaş olub.
Tərəfdaşlığa əsasən, “AzInTelecom” Azərbaycanın orta və böyük biznes seqmenti üçün digər rəqəmsal həllərlə yanaşı, “Oracle” məhsulları da təqdim edəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, rəqəmsal transformasiya fonunda genişlənən məlumat toplusunun analizinin çətinləşməsi, məlumatların emalı zamanı yaranan vaxt itkisi qərar qəbuletmə və manevr imkanlarını məhdudlaşdırır. “Oracle” şirkətinin təqdim etdiyi həllər məhz bu kimi problemləri aradan qaldırmağa imkan yaradır. Böyük həcmli verilənlərin emalı üçün dünyada ən qabaqcıl həlləri təklif edən şirkətin məhsulları ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.
“Oracle” məhsullarından istifadə qurumlara iş səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradacaq. Məlumatların emalının effektivliyini daha da artırmaq məqsədilə şirkətin sektorlar üzrə həllər paketi də mövcuddur. Bu özəllik qurumların informasiya sistemlərinin “Oracle” həllinə daha operativ şəkildə inteqrasiyasını mümkün edir.
Bulud xidmətləri, beynəlxalq səs trafiki, rəqəmsal biznes həllər və mərkəzləşdirilmiş informasiya sistemləri üzrə xidmət göstərən “AzInTelecom” MMC-nin “Oracle” şirkəti ilə tərəfdaşlığı yeni imkanlara yol açacaq.
“Hökumət buludu”na Keçid Planına əsasən, informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus “AZCLOUD” Data Mərkəzinə miqrasiya etmiş qurumlar üçün bu tərəfdaşlığın növbəti mərhələsi daha səmərəli olacaq. Belə ki, məlumatların toplanması, emalı və çevik qərar vermə prosesinin təmini lisenziyalı və təhlükəsiz proqram təminatından əlavə yüksək peşəkar kadrların, ciddi vəsaitlərin cəlbini tələb edir. “Hökumət buludu”na Keçid Planının məqsədlərindən biri də məhz informasiya texnologiyalarına çəkilən xərclərin optimallaşdırılmasıdır. “AzInTelecom” MMC və “Oracle” arasındakı tərəfdaşlıq “AZCLOUD” Data Mərkəzinə miqrasiya etmiş qurumlar üçün “Oracle” həllərinin daha optimal vəsaitlə əldə edilməsinə şərait yaradacaq".
Bu əməkdaşlıq Azərbaycanda yeni, lakin böyük tələbat olan məlumat emalı istiqamətinin inkişafına, bu sahə üzrə mütəxəssislərin yetişməsinə, eləcə də böyük həcmli verilənlərin emalı üzrə ən qabaqcıl təcrübəni mənimsəməyə şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 5 saat əvvəl
-
-
7 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
8 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
8 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq













.jpg)










