Azərbaycana avtomobil idxalı azaldı
2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycana 293 milyon 917 min dollar dəyərində 23 min 356 ədəd nəqliyyat vasitəsi (avtomobi) idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-aprel dövründə idxal edilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 498 ədəd və ya 2,1% azalıb. 2021-ci ilin ilk 4 ayında Azərbaycana 244 milyon 577 min dollar dəyərində 23 min 854 ədəd avtomobil idxal edilmişdi.
Bu ilin yanvar ayında 5 min 685 ədəd, fevral ayında 5 min 460 ədəd, mart ayında 5 min 957 ədəd, aprel ayında isə 6 min 254 ədəd avtomobil idxal edilib.
Minik avtomobillərinin idxalı 2020-ci ilin ilk 4 ayındakı 21 min 948 ədəddən 2022-ci ilin ilk 4 ayında 21 min 574 ədədə geriləyib.
2022-ci ilin ilk 4 ayında Azərbaycana 4 min156 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri və 92 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.
Yük avtomobillərinin idxalı ötən ilin ilk 4 ayında 1820 ədəd ikən, cari ilin eyni dövründə 1443 ədəd təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























