Litva şirkətləri Bakı Lİmanı ilə maraqlanır
Litvanın aparıcı şirkətlərinin nümayəndələri tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib.
Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə kənd təsərrüfatı, qida və yüngül sənaye sahələrində fəaliyyət göstərən şirkətlərin rəsmiləri daxildir.
Bakı Limanının Əsas yük terminalının rəisi Kamran Cəlili qonaqları dəniz və quru nəqliyyat növlərini birləşdirən liman terminallarının təkmilləşdirilmiş mexanizmləri, habelə limanın cari və gələcək yükaşırma imkanları ilə tanış edib.
Nümayəndə heyətinin rəsmisi - Litva prezidentinin müşaviri Vaidas Augustianavicius Bakı Limanının dayanıqlı inkişaf təşəbbüsləri, ətraf mühitin qorunması və regionda dairəvi iqtisadiyyatın yaradılmasına töhfə vermək üzrə məqsədlərinin əhəmiyyətli olduğunu bildirib.
Xatırladaq ki, bu gün Bakıda İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı Azərbaycan-Litva biznes forumu çərçivəsində keçiriləcək. Tədbirdə Litvanın 20-dən çox şirkəti təmsil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















