2000-ə yaxın işçi işləməyib, amma 10 milyon manatdan artıq əməkhaqqı ödənilib- AÇIQLAMA
ADY fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşları üçün vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsini nəzərdə tutur"Ölkəmizdə pandemiyanın təsirləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) digər sahələri ilə yanaşı, Sərnişin daşımaları departamentinin əsas fəaliyyət istiqaməti olan dəmir yolu nəqliyyatı ilə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsinə təsirlər formalaşdırmış, eləcə də ölkədaxili və beynəlxalq sərnişin daşımalarında müəyyən məhdudiyyətlərin tətbiq olunmasına səbəb olmuşdur".
QSC-nin yaydığı məlumatda bildirilir ki, həmin təsirlər fonunda iş həcminin və əməyin intensivliyinin azalması bir sıra işçilərin fəaliyyətsiz qalmasına, uzunmüddətli boşdayanma hallarının baş verməsinə gətirib çıxarmışdır. Buna baxmayaraq aidiyyəti dövlət qurumlarının tövsiyələri nəzərə alınaraq pandemiya dövründə həmin işçilərə qarşılıqsız olaraq tam əmək haqlarının ödənilməsi təmin edilmişdir.
"Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC-də 18 mindən çox işçi heyəti var. Pandemiya müddətində yalnız 2000-ə yaxın işçi əmək fəaliyyətində olmayıb və həmin şəxslərə pandemiya başladığı tarixdən son dövrlərə kimi bütün aylar üzrə ümumilikdə 10 milyon manatdan artıq vəsaiti əhatə edən əmək haqqı ödənilmişdir. Bundan əlavə yoluxmanın yüksək olduğu müxtəlif dövrlərdə istehsalatın fasiləsizliyi təmin edilməklə əməkdaşların növbəli şəkildə 30 % və ya 50 % işə cəlb edilməsi zamanı da bütün əməkdaşların əmək haqlarının tam məbləğdə ödənilməsi həyata keçirilmişdir.
Hazırkı mühit yaranmış əvəzi ödənilməyən öhdəliklərin qarşısının alınmasını, ADY-də borcların restrukturizasiyasına təsirlərin minimallaşdırılmasını, müvafiq fəaliyyətinin daha optimal həcmdə resurs sərf etməklə həyata keçirilməsini, işçilərin sayının işin həcminə uyğunlaşdırılmasını və kadr potensialının buna mütənasib optimallaşdırılmasını zəruri etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq fəaliyyətsiz qalmış işçilərin boşdayanma vaxtı həmin işçilər üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində ödənişin tətbiqinə başlanılmış və sözügedən bütün tədbirlərin əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla həyata keçirilməsi təmin edilmişdir.
Qeyd olunanlarla yanaşı, fəaliyyətsiz qalmış və sərbəstləşmə riski olan əməkdaşların sonrakı məşğulluğunun təmin edilməsinə lazımi dəstəyin verilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılmış və bu əməkdaşların DOST İş Mərkəzi tərəfindən müvafiq işlərə cəlb edilməsinə dair razılıq əldə edilmişdir.
Məlumat üçün bildirilir ki, fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əmək haqqıya (tarif (vəzifə) maaşının üçdə iki hissəsi məbləğində) yaxın və ya daha yuxarı əmək haqqının ödənilməsi təmin ediləcəkdir. Eyni zamanda, sosial dayanıqlığın təmin edilməsi məqsədilə sözügedən əməkdaşların DOST İş Mərkəzinə keçidi zamanı onlara vəzifə (tarif) maaşlarının 5 misli miqdarında birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulmuşdur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
15 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
47 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub






















