"Almaniya AB embarqosu olmasa belə, ilin sonuna qədər Rusiyadan neft idxalını dayandıracaq"
Avropa İttifaqı (və ya Avropa Birliyi) Rusiya neftinin idxalına embarqo ilə bağlı razılığa gələ bilməsə belə, Almaniya ilin sonuna qədər Rusiyadan neft tədarükünü dayandırmağı planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi Bloomberg Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya hakimiyyəti alternativ təchizatçılarla sövdələşmələr bağlamaq üçün səy göstərir. Eyni zamanda, hökumət əmindir ki, qarşıdakı 6-7 ay ərzində qalan logistik problemləri həll edə biləcək. Eyni zamanda, mənbələrin məlumatına görə, Almaniyanın kansleri Olaf Şolsun rəhbərlik etdiyi Nazirlər Kabineti Avropa İttifaqının Ukraynada xüsusi hərbi əməliyyata cavab olaraq Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində öz milli planını təbliğ etmək niyyətindədir. Bununla belə, federal hökumət neft çatışmazlığını hansı ölkələrin kompensasiya edəcəyini dəqiqləşdirməyib.
Sonda qeyd olunur ki, Şolzun Niderlandın Baş naziri Mark Rutte ilə cümə axşamı planlaşdırılan danışıqlarında, həmçinin cümə günü Qətər Şeyxi Təmim bin Həməd Al Sani ilə görüşdə əsas mövzuların neft sanksiyaları və enerji təhlükəsizliyi olacağı gözlənilir.
Aİ ölkələrinin daimi nümayəndələri artıq doqquz gündür ki, Rusiyaya qarşı təxirə salınmış neft embarqosu layihəsini ehtiva edən altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmirlər. Avropa Komissiyası Rusiya Federasiyasından 6 ay sonra xam neftin, 2023-cü ildən neft məhsullarının idxalına qadağa qoymağı təklif edib. Eyni zamanda, Avropa Komissiyası Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna qədər Rusiya neftini almağa icazə verməyi təklif edib. Mənbələrin bildirdiyinə görə, Avropa Komissiyası artıq neft embarqosunun tətbiqi vaxtı, parametrlər və mümkün istisnalarla bağlı bir sıra təkliflərini yumşaltmalı olub. Macarıstan neft embarqosuna qarşı çıxır və bu tədbirin vuracağı ziyanın Avropa üçün fəlakətli olacağına inanan bir sıra digər ölkələrin dəstəyi ilə çıxış edir.
Aİ ölkələrinin daimi nümayəndələri arasında danışıqların nəticəsiz qalması səbəbindən Rusiyaya qarşı altıncı sanksiyalar paketi və neft embarqosu Aİ xarici işlər nazirləri tərəfindən mayın 16-da Brüsseldə planlaşdırılan görüşdə müzakirə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















