Gömrük Komitəsi birgünlük cücələrin dəyərinin aşağı bəyan olunması ilə bağlı iddialara cavab verdi
Komitə: Türkiyə Respublikasından idxal olunan bir günlük cücələrin dəyərinin aşağı bəyanolunması ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan müraciət əsasında DGK tərəfindən cari ilin fevral ayının 24-də Türkiyə Respublikasına sorğular göndərilib. Sorğu nəticəsində qeyd olunan fakt öz təsdiqini taparsa qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atılacaq.Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı:
"Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının Dövlət Gömrük Komitəsinin fəaliyyəti barədə həqiqətə uyğun olmayan iddiaların yer aldığı müraciəti yayımlanıb.
Müraciətdə qurumun quş əti və yumurta istehsalçılarının çətinlikləri, ehtiyaclarını müzakirə etmək üçün dövlət qurumlarına etdiyi müraciətlərə yalnız Dövlət Gömrük Komitəsinin cavab vermədiyi bildirilir. Eyni zamanda, gömrük orqanlarının quş əti və yumurta istehsalı məqsədilə idxal edilən avadanlıqlara rüsum tətbiq etdiyi, Türkiyədən idxal edilən günlük cücələri dəyərindən daha aşağı qiymətə rəsmiləşdirildiyi iddia olunur.
Dövlət Gömrük Komitəsi bildirir ki, müraciətdə qeyd olunan quşçuluq avadanlıqları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq idxal gömrük rüsum dərəcəsi tətbiq edilərək malların gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
Həmçinin, idxal olunan avadanlıqlar “Azad ticarət zonasının yaradılması haqqında” Sazişin müddəalarına uyğun olduqda və “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan dövlətin CT-1 formalı mənşə sertifikatının əsli təqdim edildikdə idxal gömrük rüsumundan azad olunur.
Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.32-ci maddəsinə uyğun olaraq quşçuluq üçün avadanlıqlara əlavə dəyər vergisindən azadolma tətbiq edilir.
Əlavə olaraq bildiririk ki, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalının əlavə dəyər vergisindən azad olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununa əsasən həmin maddə yeni redaksiyada verilərək müvafiq siyahıya uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, həmin siyahının hazırlanması ilə bağlı təkiflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması Nazirlər Kabinetinin 15 yanvar 2022-ci il tarixli 47s nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır.
Qeyd edək ki, mövcud siyahı Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra bu məqsədlə ölkə ərazisinə idxal olunacaq kənd təsərrüfatı təyinatlı avadanlıqlar kodlar üzrə mal mövqeyi baxımından əlavə dəyər vergisindən azad ediləcəkdir.
Türkiyə Respublikasından idxal olunan bir günlük cücələrin dəyərinin aşağı bəyanolunması ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan müraciət əsasında DGK tərəfindən cari ilin fevral ayının 24-də Türkiyə Respublikasına sorğular göndərilib. Sorğu nəticəsində qeyd olunan fakt öz təsdiqini taparsa qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atılacaq.
Assosasiyanın dəyərlə bağlı iddialarına onu da əlavə edək ki, gömrük dəyəri kimlərinsə diqtəsi və ya monopolist istəkləri ilə deyil, müvafiq sorğuların nəticəsi əsasında formalaşdırılır.
Dövlət Gömrük Komitəsinin Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının müraciətlərinə reaksiya vermədiyi barədə iddialara gəlincə isə bildiririk ki, adıçəkilən assosiasiyadan cari ildə bir müraciət daxil olub və Komitənin müvafiq qurumu tərəfindən ətraflı cavablandırılıb.
Onu da qeyd edək ki, biznes mühitinin daha da yaxşılaşdırılması, gömrük işinin səmərəli təşkili məqsədilə Dövlət Gömrük Komitəsi biznes-gömrük dialoquna xüsusi önəm verir və əməkdaşlığın daha da gücləndirilməsi üçün mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, onların müraciətlərinin operativ şəkildə cavablandırılması istiqamətində bütün zəruri addımlar atılır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









.jpg)
