Norveç təşkilatının Azərbaycandakı şirkətinin kredit portfeli artıb
BOKT “Viator Mikrokredit Azərbaycan” MMC 2021-ci ili 132 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2020-ci ili 205 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,“Viator Mikrokredit Azərbaycan”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 35,6% azalıb.
Marja.az xəbər verir ki, “Viator Mikrokredit Azərbaycan”ın faiz gəlirləri 2020-ci ildə 1 milyon 347 min manat ikən, 2021-ci ildə 1 milyon 369 min manat təşkil edib. Ehtiyatın yaradılması üzrə, inzibati və digər xərclərinin artması ilə əlaqədar olaraq BOKT-un xalis mənfəəti düşüb.
“Viator Mikrokredit Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən il təxminən 3% artaraq 6 milyon 734 min manata çatıb.
"Viator Mikrokredit Azarbaycan" 2002-ci ilin sonu yaradılıb. Ötən ilin sonunda şirkətin 5 filialı və 61 işçisi olub. “Viator Mikrokredit Azərbaycan”ın 100% Norveçin "ViatorAS" təşkilatına məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























