Azərbaycan tərəfində 600 TIR növbə gözləyir - UZUN NÖVBƏ YARANIB
Azərbaycan - Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR keçid üçün növbə gözləyir. "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbləri nələrdir ?
Gürcüstan-Azərbaycan gömrük keçid məntəqəsində yük avtomobillərinin uzun növbəsi yaranıb. Təkcə Azərbaycan tərəfində 600 Beynəlxalq yükdaşıma xidməti həyata keçirən TIR-lar növbə gözləyir. TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.
Gürcüstandan Azərbaycana yükdaşımalarının sayının artması Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu bildirilir.
Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində Sınıq Körpü sərhəd-keçid məntəqəsində Azərbaycandan 300 TIR-ın keçidi təmin edilir.
Məntəqədən verilən açıqlamada bildirilib ki, Gürcüstan tərəfi əgər TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilir. Hazırda "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Hazırda məntəqədə daha 80 yük avtomobili "Yaşıl dəhliz" vasitəsi ilə keçid üçün növbə gözləyir.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© "Xəzər Xəbər"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








