Çinin "yaşıl" avtomobil satışları 110% artıb
Ümumi satışlar 1,56 milyon ədəd olubYanvar-aprel aylarında Çində alternativ enerji mənbələri ilə işləyən avtomobillərin satışının ümumi həcmi illik ifadədə 110% artaraq 1,56 milyon ədəd təşkil edib.
Marja xəbər verir ki, bu barədə məlumatlar Çin Avtomobil Sənayesi Assosiasiyasının çərşənbə günü dərc etdiyi hesabatda yer alıb.
Bir çox istehsalçının Şanxaydakı kilidləmə səbəbindən komponentlərin tədarükü ilə bağlı problemlə üzləşməsinə baxmayaraq, satışlar aprel ayında da artıb. Ötən ay bazarda 299 min ədəd “yaşıl” avtomobil satılıb. İllik ifadədə müvafiq göstərici 44,6% artıb. Çində alternativ enerji vasitələrinə elektrikli avtomobillər, hibrid mühərrikləri olan avtomobillər və hidrogen yanacaqla işləyən vasitələr daxildir.
Apreldə avtomobil satışının ümumi həcminə gəlincə, assosiasiyanın məlumatına görə, o, illik ifadədə 47,6% azalaraq 1,18 milyon ədəd təşkil edib. Bu ilin birinci rübündə satışlar 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,5% artaraq 6,51 milyon ədəd olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























