“AtaBank” səhmdarlarının yığıncağını çağırdı
31 İyul 2017-ci il tarixində “AtaBank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Marja” Bankın elanına istinadən xəbər verir ki, iclasın gündəliyinə Müşahidə Şurasının və İdarə Heyətinin hesabatları, 2016-cı il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi və digər məsələlər daxildir.
Xəbər verdiyimiz kimi, “Caspian Development Bank”ın birləşməsilə daha da güclənən “AtaBank” 2016-cı il üzrə Audit hesabatını özünün rəsmi İnternet səhifəsində dərc edib.
Bankın 2016-cı il üzrə maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun hazırlanmış və hesabatlara “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən rəy verilib.
Hesabatlardan məlum olur ki, 31 Dekabr 2016-cı il tarixində “AtaBank” 464 milyon 782 min manat cəmi aktivlərə, 410 milyon 337 min manat cəmi öhdəliklərə, 54 milyon 445 min manat cəmi kapitala malik olub. Bank ötən il ehtiyatların yaradılmasına 18 milyon 232 min manat ayırdığından ili cüzi zərərlə (319 min manat) başa vurub.
2017-DƏ GÜCLƏNİB
Xəbər verdiyimiz kimi, İyulun 1-də “Caspian Development Bank”ın “AtaBank”a qoşulması prosesi uğurla tamamlanıb.
Konsolidasiyadan sonra “AtaBank”ın bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Bankın cəmi kapitalı 142.8 mln. təşkil etməklə ölkə bankları arasında 4-cü mövqeni tutur (inteqrasiya prosesindən öncə 18-ci yer). Bankın aktivləri əvvəlki illə müqayisədə 29.8% artıb və 607.3 mln. manat təşkil edərək ölkənin 31 bankı arasında 14-cü yerdən 8-ci yerə qalxmağa imkan verib. “AtaBank” 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxıb.
Audit hesabatı: http://atabank.com/_files/ATABank%20FS_31%20Dec%202016_eng%20ISSUED.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 9 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)










.jpg)






