Mərkəzi Banka 14 minə yaxın müraciət daxil olub
2021-ci ildә Mәrkәzi Banka daxil olmuş müraciәtlәr әsasında istehlakçıların vә investorların hüquqlarının pozulmasının qarşısının alınması vә pozulmuş hüquqların bәrpasının tәmin edilmәsi istiqamәtindә zәruri tәdbirlәr görülmüşdür.
Marja.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən il istehlakçılar və investorlardan ümumilikdə 13716 müraciət daxil olmuş, onların 75%-i bank sektoruna, 20%-i sığorta sektoruna, 5%-i kapital bazarları sektoruna və digər istiqamətlərə aid olmuşdur.
Daxil olmuş vətəndaş müraciətlərinin araşdırılmış və bir çox məsələ öz həllini tapmışdır. O cümlədən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmana uyğun hesablanmış kompensasiya məbləğlərinin bir hissəsi kimi 8 milyon 579.47 manat məbləğində vəsaitin 9 vətəndaşa geri qaytarılması təmin edilmiş və Mərkəzi Banka müraciət etmiş 21 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunmuşdur.
Eyni zamanda, 52 vətəndaşın müraciəti üzrə Mərkəzləşdirilmiş kredit reyestrinə səhv təqdim edilmiş məlumatlarda dəyişiklik edilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Bununla yanaşı 2021-ci il üzrə ümumilikdə 1.5 milyon manat məbləğdən çox sığorta ödənişinin zərərçəkmiş şəxslərə ödənilməsinə nail olunmuşdur. Kapital bazarları üzrə 45 inzibati xəta haqqında protokol tərtib edilmişdir.
Dövr ərzində Mərkəzi Bankın şəhər telefon nömrələrinə, eyni zamanda “966” qaynar xəttinə daxil olmuş 49352 zəng operativ cavablandırılmışdır. Mərkəzi Banka öz hüquqlarının müdafiəsi üçün müraciət etmiş 347 vətəndaşla görüşlər keçirilmiş, Vatsap xidmətinə daxil olan 870 müraciət cavablandırılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 10 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























