İcbari tibbi sığorta haqqları ilə bağlı sənəd Prezident Administrasiyasına təqdim edilib
"Sığorta haqqı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir".
Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
Sığorta baza paketinə, sığorta məbləğinə gəlincə, o qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə məhz pilot rayonlar üçün baza paketi təsdiqlənib: "Fevral ayından etibarən pilot rayonlarda icbari tibbi sığorta tətbiq olunur. Həmin icbari tibbi sığortanın əsasında biz ilin sonunda baza zərfinə müəyyən dəyişikliklər etməyi nəzərdə tutmuşuq. Bu da ki, təcrübə əsasında ediləcək".
Onun sözlərinə görə, qanunvericilikdə sığorta haqqları ilə bağlı dəyişiklik olunmalıdır: "Yəni bizim qanunvericilikdə hazırda bu qeyd olmadığına görə bu tətbiq olunmur. Sığorta haqqının açıqlaması hələlik mediaya verilmir. Çünki hazırda biz öz maliyyə mənbələrimizlə bağlı təklifləri Prezident Administrasiyasına təqdim etmişik. Eyni zamanda da Prezident Administrasiyası da həmin sənədlə bağlı aidiyyəti qurumlarla müəyyən müzakirələrə başlayıb. Müzakirələr bitdikdən sonra sənəd artıq Milli Məclisə göndəriləcək. O zaman artıq biz açıqlaya bilərik".
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




