"M Bulak" zərərdən mənfəətə keçib
"M Bulak Bank Olmayan Kredit Təşkilatı" MMC 2021-ci ili 3 milyon 89 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 309 min manat xalis zərər ilə bağlamışdı. Bunun səbəbi ehtiyatlara 5 milyon 582 min manat ayrılması idi. 2021-ci ildə isə, əksinə, ehtiyatdan azad olmuş 580 min manat mənfəətə əlavə edilib.
Marja.az xəbər verir ki, 2020-ci ildə "M Bulak"ın faiz gəlirləri 8 milyon 518 min manat ikən, 2021-ci ildə 6 milyon 100 min manata düşüb.
2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ildə "M Bulak" BOKT-un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 754 min manat artaraq 13 milyon 787 min manata çatıb. Təşkilat 2020-ci ilin sonunda 12 milyon 33 min manat cəmi kredit portelinə malik idi.
2008-ci ildən fəaliyyət götərən "M Bulak Bank Olmayan Kredit Təşkilatı" MMC 31 dekabr 2021-ci il tarixinə 26 filiala, 192 nəfər işçiyə malik olub.
"M Bulak" Bank Olmayan Kredit Təşkilatının səhmdarları Aleksey Kokayev (95,93%) və Babirjan Tolbayevdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




