Bu bankın xalis mənfəəti 31 dəfə artıb
Rusiya bankı VTB-nin Azərbaycandakı törəməsi “Bank VTB Azərbaycan” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 5 milyon 497 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 179 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank VTB Azərbaycan”ın xalis mənfəəti 30,7 dəfə artıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin yanvar-mart dövründə “Bank VTB Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 11 milyon 602 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 90 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 512 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üzrə yaradılan məqsədli ehtiyatlardan azad olmuş 2 milyon 79 min manat mənfəətə əlavə edilib. Beləliklə, “Bank VTB Azərbaycan” ilk rübü 5 milyon 497 min manat xalis mənfəət ilə bağlayıb.
GƏLİRLƏRİ ARTIB
“Bank VTB Azərbaycan”ın faiz gəlirləri 2021-ci ilin ilk rübündə 3 milyon 643 min manat ikən, 2022-ci ilin ilk rübündə 6 milyon 332 min manat təşkil edib (1,7 dəfə artıb). Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 738 min manatdddan5 milyon 370 min manata yüksəlib (3 dəfə artıb).
31 Mart 20212-ci il tarixində “Bank VTB Azərbaycan” 203 milyon 222 min manat cəmi aktivlərə, o cümlədən 163 milyon 458 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 232 milyon 327 min manat cəmi aktivlərə, o cümlədn 165 milyon 86 min manat kredit portfelinə malik idi.
31 Mart 2022-ci il tarixində “Bank VTB Azərbaycan” 68 milyon 494 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























