Unibank birinci rübün maliyyə nəticələrini açıqladı
“Unibank” KB ASC 2022-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 mart 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Rüb ərzində qazanılmış faiz gəlirləri 37 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 11 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 50%, faiz gəlirləri isə 44% artıb.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, birinci rübdə “Unibank”ın aktivlərinın həcmində 36 milyon manat artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 75 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 102 milyon manat olub.
2022-ci ilin ilk rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rüb 47% artıb. Rüb ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 64 milyon manat təşkil edib. Təkcə dövlət fondları hesabına maliyyələşən kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 1,2 milyon manat olub.
Ötən rüb ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk rübdə 11 milyon manat artaraq, 31 mart 2022-ci il tarixinə 470 milyon manat təşkil edib.
Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin ilk rübü ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin birinci rübünün sonunda təkcə Visa və Mastercard debet kartları 46 % artaraq 770 mini keçib.
Ötən ilik ilk 3 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 3 ayında 3 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 3 ayında nağdsız dövriyyə 92,4 milyon manat olduğu halda bu ilin eyni dövründə 338,3 milyon manat təşkil edib.
Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. İlin sonunda UBank mobil əlavəsinin istifadəçi sayı 1,4 milyona çatıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin birinci rübündə mobil tətbiq vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























