Bank VTB (Azərbaycan) 1-ci rübü 5,5 milyon manat xalis mənfəətlə başa vurub
“Bank VTB (Azərbaycan)” ASC 2022-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 mart 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 11.6 milyon manat, o cümlədən faiz gəlirləri 6.2 milyon manat, qeyri-faiz gəlirləri – 5.4 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 71%, qeyri-faiz gəlirləri isə 3.1 dəfə artıb.
Gəlirlərin artımı xalis kredit portfelinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.4% böyüməsinın, həmçinin tranzaksiya biznesinin və hüquqi şəxslərin hesablaşma əməliyyatlarının artımının nəticəsidir.
Qeyd edilib ki, bank hesabat dövründə 3.4 milyon manat həcmində əməliyyat mənfəəti əldə edib. Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq birinci rübün sonuna 5.5 milyon manat təşkil edib.
Bankın kapitalı ilin əvvəlindən 8% artaraq hesabat dövrünün sonuna 74.2 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
3 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
7 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
25 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
3 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
Ən çox oxunanlar
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı




















