"Premium Bank"ın əməliyyatları zərərdən mənfəətə keçib
"Premium Bank" ASC 2022-ci ilin 1-ci rübünü 1 milyon 393 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2021-ci ilin eyni dövrünü 5 milyon 345 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 3,8 dəfə azalıb. 2021-ci ilin ilk rübündə Bankın xalis mənfəəti mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 6 milyon 6 min manatın hesabına formalaşmışdı.
Marja.az xəbər verir ki, "Premium Bank"ın faiz gəlirləri 2021-ci ilin ilk rübündə 8 milyon 302 min manat ikən, 2022-ci ilin ilk rübündə 7 milyon 686 min manat təşkil edib (616 min manat və ya 7,4% azalıb). Bankın qeyri-faiz gəlirləri isə 2 milyon 701 min manatdan 3 milyon 541 min manata yüksəlib (840 min manat və ya 31% artıb).
2022-ci ilin ilk rübündə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 11 milyon 227 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 78 min manat, əməliyyat mənfəəti 2 milyon 149 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 757 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ilk rübü 1 milyon 393 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, 2021-ci ilin ilk rübündə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 11 milyon 3 min manat, cəmi əməliyyat xərcləri 11 milyon 665 min manat, əməliyyat zərəri 662 min manat təşkil etmişdi. Ehtiyatlardan azad olmuş 6 milyon 6 min manatın hesabına həm əməliyyat zərəri bağlanmış, həm də bankın 5 milyon 345 min manat xalis mənfəəti yaranmışdı.
Faiz xərclərinin 2 milyon 502 min manat və ya 2 dəfə azalması hesabına "Premium Bank"ın əməliyyat xərcləri azalıb.
2022-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin ilk rübündə "Premium Bank"ın kredit portfeli 21 milyon 785 min manat və ya 4,3% azalaraq 486 milyon 291 min manata geriləyib. Bankın biznes kreditləri portfeli 22 milyon 574 min manat geriləyərək 454 milyon454 min manata düşüb.
31 Mart 2022-ci il tarixində "Premium Bank" 657 milyon 651 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 760 milyon 339 min manat cəmi aktivlərə malik idi.
31 Mart 2022-ci il tarixində "Premium Bank" 171 milyon 95 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























