Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu
Birinci rübdə Bank 226,5 min manat həcmində xalis mənfəət əldə edib.Dövlət bankı Azər Türk Bankın 01 aprel 2022-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% artaraq, 439,2 milyon manat təşkil edib.
Azər Türk Bankın yaydığı pres-relizdə bildirilir ki, Bankın kredit portfelinin həcmi 238,6 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 47% çoxdur.
Bankın məcmu kapitalının həcmi 3,5% artaraq 52 milyon manata çatıb. Məcmu kapitalın adekvatlığı 21%, leverec əmsalı 11% səviyyəsində olmuşdur ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.
Ümumi gəlirlər 9,6 milyon manat, xərclər 9,4 milyon manat təşkil etmişdir. Birinci rübdə Bank 226,5 min manat həcmində xalis mənfəət əldə edib.
Cəmi bank öhdəliklərinin həcmi 381,7 milyon manat təşkil etmişdir.
Bank 138,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 42 milyon manatı əhalinin əmanətləridir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






