Abşeron Logistika Mərkəzində gübrə anbarları istifadəyə veriləcək
Abşeron Logistika Mərkəzində hal-hazırda böyük tələbat olan kimyəvi zəhərli maddələrin saxlanılması üçün gübrə anbarları inşa edilir.
Mərkəzdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, peşəkar ekspertlərin nəzarəti altında inşa edilən anbarlar, bütün texniki şərtlərə və sanitar-gigiyena tələblərinə uyğunlaşdırılmışdır.
Anbarlarda gübrə, pestisid, bioloji preparatlar və digər kimyəvi maddələr saxlanılacaq. Kimyəvi maddələrin saxlanılması zamanı xüsusi standartlar tələb olduğu üçün Mərkəz tərəfindən anbarların inşası prosesində bütün fitosanitar normalara əməl edilmiş, yanğından mühafizə və digər təhlükəsizlik tədbirləri görülmüş, havadəyişən qurğular quraşdırılmışdır.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilmiş şərtlərə əsasən bu anbarlar dəmiryoluna yaxın, açıq yerlərdə yerləşməli, torpağın, yeraltı suların və havanın çirklənməsinə yol verilməməlidir. Buna görə də lazımi təhlillər aparıldıqdan sonra anbarların Abşeron Logistika Mərkəzinin ərazisində inşasına qərar verilmişdir. Həmçinin, mərkəzin ərazisindən dəmiryolu xətlərinin keçməsi, Abşeron gömrük postunun ərazidə yerləşməsi, radioloji dozimetrik sanitar karantin müayinə xidmətinin olması sahibkarları vaxt itkisi və əlavə xərclərdən də azad edir",- məlumatda deyilir.
Abşeron Logistika Mərkəzi tərəfindən verilən məlumata görə, inşası davam edən anbarlar bu ilin aprel ayının sonlarında istifadəyə veriləcək. Gələcəkdə tələbat olarsa, yeni gübrə anbarlarının tikintisi də planlaşdırılır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















