“AzerGold” birinci rübdə 10 min 592 unsiya qızıl istehsal edib
Tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma (CİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir.“AzerGold”QSC-nin yaydığı məlumatda bildirilir ki, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirilir.
Xatırladılıb ki, Cəmiyyət 2017-ci ildə “Çovdar” yatağında istismar işlərinə başlayarkən mədənin oksidləşmiş filizlərinin iqtisadi cəhətdən səmərəli qızıl həcmi 212 min unsiya miqdarında təsdiqlənmiş, hasilat işlərinin 2020-ci ildə yekunlaşacağı hesablanmışdır. “AzerGold” QSC tərəfindən ötən dövr ərzində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə müasir texnoloji yeniliklərin tətbiqi ilə aparılmış planlı geoloji kəşfiyyat və buruqqazma işləri nəticəsində sözügedən yatağın üst qatlarında yerləşən oksidləşmiş filiz həcmlərinin artırılması, üstəlik yerin daha dərin qatlarındakı tranzit və sulfid filizlərinin emalı satılabiləcək qızıl ehtiyatlarını artırmağa imkan yaratmışdır.
"Bundan əlavə, “Çovdar” mədəninin yaxınlığında yerləşən və müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan nisbətən kiçik, cinah yataqların ardıcıl istismara cəlb edilməsi “Çovdar” mədəninin bazasında yaradılmış Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsinin (ÇİRES) ümumi ehtiyatlarını artırmışdır. Beləliklə, sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq 519.9 min unsiya artırılmış, 731,9 min unsiyaya çatdırılmışdır. Hazırda müvafiq kəşfiyyat və tədqiqat işlərinin davam etdirildiyi nəzərə alınaraq, sözügedən həcmlərin daha da artırılması istisna edilmir.
Sadalanan göstəricilərə nail olunması üçün ÇİRES-də mövcud qırıcı və konveyer xəttinin optimizasiyası nəticəsində keçirmə qabiliyyəti təkmilləşdirilmiş, xəttlərin mövcud istehsal imkanları 50%-dək artırılmışdır. Hazırda topa aşındırma üsulu ilə fəaliyyət göstərən emal zavodu ilə yanaşı, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma (CİL) üsulu ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. Tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti, zavodun və müvafiq infrastrukturun qurulması üzrə isə “Maqro Construction” beynəlxalq şirkəti tərəfindən müvafiq işlər görülür.
Sözügedən təkmilləşdirmə işləri çərçivəsində cari ilin birinci rübündə 10 min 592 unsiya qızıl istehsal edilmişdir. Bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən az olmasına baxmayaraq, dayanıqlı hasilatın təmin edilməsi məqsədi ilə aparılmış optimizasiya işləri hasilatın həm cari, həm də ötən illin illik planından daha artıq icra edilməsinə, sözügedən sahənin fəaliyyət dövrünün 8 il artırılması isə bölgədə davamlı məşğulluğun təmin olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaqdır",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 21 saat əvvəl
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?























