ABB tərəfdaşları ilə daha bir təhsil proqramına başladı
ABB-nin yaratdığı ABB Tech Akademiyası yeni qəbul proqramlarını elan edib.
Bankın yaydığı məlumatda bildirilir ki, bu proqramlar “Məhsul sahibliyi”, “IT Biznes Analitik” və “Backend proqramlaşdırma (JAVA)” istiqamətlərindədir.
Proqramlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bp şirkəti və onun tərəfdaşları da dəstək verir. Yüksək nəticə göstərmiş tələbələrə təqaüd qazanmaq imkanı yaradılır.
İndiyə qədər ABB Tech Akademiyasını 13 istiqamət üzrə 300-dən çox məzun bitirib. Məzunların təxminən 75%-i ABB-də və ölkənin digər aparıcı şirkətlərində işlə təmin olunub. Burada tədrisi beynəlxalq dərəcəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında həyata keçirir.
ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarının təkmilləşdirilməsinə də kömək göstərir.
Yeni proqramlara buradan müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
20 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 20 saat əvvəl
-
22 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























