Mərkəzi Bankın rəhbərliyinə təyin olunacaq Taleh Kazımov kimdir?
Xəbər verdiyimiz kimi, Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin ediləcək. Bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilirlər.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Bankın icra strukturuna başçılıq edir və İdarə Heyətinə sədrlik edir, Mərkəzi Bankı təmsil edir, rəhbər heyət arasında vəzifə bölgüsünü aparır və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən İdarə Heyətinin səlahiyyətinə aid olmayan məsələləri həll edir.
Marja xəbər verir ki, Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. O, ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir. O, 1 iyul 2015-ci il tarixində PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.
Öncəki dövrdə Taleh Kazımov PAŞA Bankın Baş investisiya inzibatçısı və İdarə heyətinin üzvü qismində çalışmışdır və tabelçiliyində biznesin inkişafı, institusional və investisiya bankçılığı, korporativ və KOS-bankçılıq, və risklərin idarə olunması sahələri olmuşdur. Cənab Kazımov PAŞA Banka 2007-ci ildə Risklərin idarə edilməsi departamentinin meneceri olaraq qoşulmuş, 2009-ci ildə isə Bankın Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə yüksəlmişdir.
Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləmişdir.
Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb.
Kazımov maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlamış, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində çalışmışdır. Eyni zamanda, Kazımov 2006-cı ildə "Ernst and Young" şirkətində auditor vəzifəsində də işləmişdir.
Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatlaşma və Kompüter mühəndisliyi" fakültəsində almışdır. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirmişdir.
Taleh Kazımov 2015 – 2018-ci illərdə “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə şurasının üzvü, 2015-2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və Vitse-Prezidenti olmuşdur.
Taleh Kazımov 2019-cu ilin aprel ayında Avropanın nüfuzlu “EMEA Finance” jurnalı tərəfindən “European Banking Awards” mükafatı çərçivəsində Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə 2018-ci ilin yekunlarına görə “İlin ən yaxşı Baş icraçı direktoru” adlı mükafata layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ



















.jpg)





