1-ci rübdə ölkədə elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2022-ci ilin birinci rübü üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, mart ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2307,2 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 57,1 mln. kVt·st, yaxud 2,4 % azalması deməkdir.
Mart ayında elektrik enerjisinin idxalı 10,0 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 mln. kVt·st, ixrac isə 19,0 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 154,1 mln. kVt·st azalıb.
Ümumilikdə 2022-ci ilin yanvar-mart aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 269,2 mln.kVt·st, yəni 3,9 % artaraq 7194,2 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin ilk 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 245,7 mln. kVt·st artaraq 6849,7 mln. kVt·st, SES-lərdə 17,2 mln. kVt·st artaraq 253,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 6,3 mln. kVt·st artaraq 91,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 23,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 12,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 55,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6532,7 mln. kVt·st (İES-lərdə 6293,1 mln. kVt·st, SES-lərdə 239,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,56 mln. kVt·st (İES-lərdə 58,2 mln. kVt·st, SES-lərdə 11,7 mln. kVt·st, GES-də 11,6 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 565,84 mln. kVt·st təşkil edib.
2022-ci ilin ilk 3 ayı üzrə elektrik enerjisinin ixracı 508,4 mln. kVt·st olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. kVt·st artıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 30,7 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 1,5 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 42 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 3 saat əvvəl
-
3 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 21-də gözlənilən hava şəraiti
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb






















