Ukrayna, Rusiya ilə sülh müqaviləsinin əsas şərtini açıqlayıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş yalnız Rusiya qoşunları çıxarıldıqdan sonra imzalana bilər. Eyni zamanda o, İstanbuldakı danışıqları müsbət qiymətləndirib.
Ukraynanın təhlükəsizliyinə təminat haqqında sazişin və Moskva ilə Kiyev arasında sülh müqaviləsinin imzalanması yalnız Rusiya qoşunlarının 23 fevral 2022-ci il tarixindən mövqelərə qayıtmasından sonra mümkündür.
Marja xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın təşkilatdakı daimi nümayəndəsi Serhiy Kislitsa deyib.
“Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması yalnız bütün Rusiya silahlı birləşmələrinin 23 fevral 2022-ci il tarixində yerləşdikləri yerlərə qaytarılmasından sonra mümkün olacaq”, - Kislitsa bildirib.
Diplomat izah edib ki, söhbət atəşkəs rejiminin tətbiqindən, qoşunların və digər silahlı birləşmələrin çıxarılmasından, humanitar dəhlizlərin təhlükəsiz fəaliyyətindən, həmçinin ölülərin mübadiləsindən, hərbi əsirlərin və mülki şəxslərin azad edilməsindən gedir.
Diplomatın sözlərinə görə, İstanbuldakı danışıqlar Rusiyanın gələcək danışıqlara hazır olduğunu nümayiş etdirir, lakin “davamlı atəşkəs və hərtərəfli deeskalasiyaya doğru hələ çox uzun yol var”.
Martın 29-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü baş tutub. Danışıqlar nəticəsində Ukrayna tərəfi sülh sazişi ilə bağlı yazılı təkliflərini Rusiyaya təhvil verib. Xüsusilə, Kiyev təhlükəsizlik zəmanəti müqabilində Ukraynaya neytral status təklif edib, həmçinin Krımın statusu ilə bağlı 15 illik danışıqlar təklif edib.Kiyev Donetsk və Luqansk vilayətlərinin probleminin həllini Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsi görüşünə qədər təxirə salmağı təklif edir.
Öz növbəsində Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Moskva Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinə deyil.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 9 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
9 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
10 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
11 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
11 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
Ən çox oxunanlar

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
