Dövlət 206 əmlakı hərraca çıxarır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 iyul 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb ki, bunun 20-si səhmdar cəmiyyəti, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikilidir.
Hərracda iştirak edən əmlakların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq olar: http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1943
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtın Qaradağ, Nərimanov, Sabunçu və digər rayonları, həmçinin Lənkəran, Astara, Şamaxı, Oğuz, Göygöl və digər şəhər və ya rayonlarda yerləşir. Hərracda ən yüksək qiymət paytaxtın Nəsimi rayonunda yerləşən və ümumi faydalı sahəsi 255.5 kv.m, torpaq sahəsi isə 474.8 kv.m olan qeyri-yaşayış obyektinə təyin olunub. Adıçəkilən əmlak 312 min manata təklif olunur. Səbayel rayonunda yerləşən qeyri-yaşayış obyekti 225 min manat, Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq isə 216 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət müəssisələri və kiçik obyektləri sırasında Qoxmuq istirahət zonası, mağazalar, yanacaqdoldurma məntəqələri, yeməkxanalar, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi əmlaklar var.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Tərtər Konserv”, “Sumqayıt Kimya Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”, “Salyan Reproduktor Quşçuluq”, “Azərmetalinvest”, “Azinterservis” kimi müəssisələr var.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
-
5 d. əvvəl
Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
-
- 24 d. əvvəl
- 39 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Ən çox oxunanlar
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib







.jpg)









.jpg)



