Banklarda bu kreditlər 10 milyard manata yaxınlaşdı
Yanvar ayı ilə müqayisədə fevral ayında kreditlərin artım tempi sürətlənib. İlk iki ayda biznes kreditləri 232,9 milyon manat artaraq 10 milyard manata yaxınlaşıb.28 Fevral 2022-ci il tarixinə Azərbaycanın bank sektorunun cəmi kredit portfeli 17 milyard 126,5 milyon manat təşkil edib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektorunun cəmi kredit portfeli 2021-ci ilin sonu ilə müqayisədə 467,4 milyon manat, 2022-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə 345,1 milyon manat artıb.
2022-ci ilin yanvar ayının sonu ilə müqayisədə fevral ayında biznes kreditləri 226,4 milyon manat artaraq 9 milyard 972.9 milyon manata, istehlak kreditləri 74,8 milyon manat artaraq 4 milyard 691.8 milyon manata, ipoteka kreditləri isə 43,9 milyon manat artaraq 2 milyard 461.8 milyon manata çatıb.
2021-ci ilin Dekabr ayının sonu ilə müqayisədə 2022-ci ilin Yanvar ayında bank sektorunun cəmi kredit portfeli 122,3 milyon manat, o cümlədən biznes kreditləri 6,5 milyon manat, istehlak kreditləri 98,6 milyon manat, ipoteka kreditləri isə 17,2 milyon manat artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 16 d. əvvəl
-
28 d. əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 31 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
15 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
15 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Ən çox oxunanlar
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək




















