Türkiyədə mənzil qiymətləri kəskin artıb
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) yanvar ayı mənzil qiymətləri indeksini açıqlayıb. İndeks illik müqayisədə 77,4 faiz artaraq yeni rekorda imza atıb.Türkiyədə mənzil qiymətləri 2022-ci ilin yanvar ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 77,4 faiz artıb.
Marja.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının açıqladığı mənzil qiymətləri indeksinə görə, dekabr ayı ilə müqayisədə yanvar ayında mənzil qiymətləri 13,1 artıb.
TCMB məlumatlarına görə, yanvarda yeni evlərin qiyməti 84,7 faiz, ikinci əl evlərin qiymətləri 75,9 faiz artıb.
Türkiyədə mənzilin kvadrat metrinin orta qiyməti 7 min 479 TL-yə yüksəlib.
İstanbulda sürətli artım
Yanvar ayında qiymətlərin ən sürətlə artdığı şəhər İstanbul olub. İstanbulda mənzil qiymətləri yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 83,5% artıb. İstanbulda yeni evlərin qiymətləri illik 94,8%, ikinci əl evlərin qiymətləri 83,5% artıb. Yanvar ayında İstanbulda kvadrat metrin orta qiyməti 11 min 783 TL-yə yüksəlib.
Eyni dövrdə mənzil qiymətləri Ankarada illik 73,5%, İzmirdə isə 73,1% artıb.
Kvadrat metrin qiyməti Ankarada 5 min 256 TL ikən, İzmirdə 9 min TL-ni keçib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 29 d. əvvəl
-
45 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
























