FED-in faiz artıracağı ehtimalları fonunda qızıl ucuzlaşmaqda davam edir - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyat Sisteminin bu axşam keçiriləcək iclasında 2018-ci ildən bəri ilk dəfə faiz artıracağı gözlənilir. İnvestorlar Fed rəsmilərinin son 40 ilin ən yüksək səviyyəsində olan inflyasiya ilə mübarizədə nə qədər aqressiv olacağına dair siqnallar axtaracaqlar.Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar investorların diqqət mərkəzində qalsa da, neft qiymətlərindəki enişin davam etməsi və ABŞ-da istehsal qiymətləri indeksinin gözləniləndən az artması birjalarda bir qədər toparlanmağa dəstək olub.
Bu gün həmçinin Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyyaltlar Sisteminin toplantısı və faiz qərarı investorların diqqət mərkəzində olacaqdır.
FED-in faiz artımı ehtimalları fonunda qızılda ucuzlaşma davam edir. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1916$-ın altında qalsa, eniş tendensiyası 1889$ və 1846$-a kimi davam edə bilər.
“OPEC” çərşənbə axşamı dərc olunan hesabatında 2022-ci ildə dünya neft tələbatının sutkada 4.2 milyon barel artımı ilə bağlı proqnozunu saxlayıb. Lakin geosiyasi risklər fonunda proqnoza yenidən baxıla bilər. Məhz bu səbəbdən neft qiymətlərindəki eniş tendensiyasının bir qədər səngidiyi müşahidə olunur. 100$-lıq psixoloji həddi qırmaqda çətinlik çəkən Brent neftinin bir bareli üzrə dəyəri bu həddin üzərində qaldıqca yenidən bahalaşma ehtimalları var. Artım tendensiyası sürətlənərsə, qiymətin 120$-a kimi yüksələcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






