ABB-nin dəstəyi ilə ilin iş adamı seçildi!
(®) EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçilib. Münsiflərin rəyinə əsasən, müsabiqənin qalibi ZIRA Natural & Gourmet brendinin təsisçisi Afət Əhmədova olub. O, ölkəmizi “Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək.
Münsiflər fərqli nominasiyaların qaliblərini də müəyyənləşdiriblər. “İnnovasiyalar” nominasiyasında ATL Tech şirkətinin təsisçisi Rəşad Mirzəyev, “Ən yaxşı müştəri həlli” nominasiyasında YIĞIM Ödəniş Sisteminin təsisçisi və direktoru Vüqar Cəfərov təltif olunub. Müsabiqənin qalibi Afət Əhmədova “Sosial təsir” nominasiyası üzrə də mükafatlandırılıb.
Müsabiqəyə ABB ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), EKVİTA şirkəti və AZPROMO da tərəfdaşlıq dəstəyi verib.
Mükafatlandırma mərasimində iştirak edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın “EY İlin İş Adamı Müsabiqəsi”nə üçüncü ildir ki, tərəfdaşlıq dəstəyi verdiyini xatırladıb: “Ölkəmizin aparıcı bankı kimi hər zaman iş adamlarının yanındayıq. Sərfəli məhsul və xidmətlərimizlə biznesin maliyyə ehtiyaclarını təmin edirik. Eyni zamanda, maraqlı layihələrimizlə də sahibkarların biznesinə dəyər qatmağa çalışırıq. “EY İlin İş Adamı Müsabiqəsi” də belə layihələrdəndir. Bu müsabiqə Azərbaycanda xoş bir ənənəyə çevrilir və ölkəmizdə biznes mədəniyyətinin inkişafına fayda verir”.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da müsabiqə barədə fikirlərini bölüşüb: “Kiçik və orta biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi inkişafı baxımından əsas prioritetlərdən biridir. Bu hədəfə çatmaq üçün bir sıra mühüm addımlar atılıb. Tərəfdaşlığımızla ardıcıl olaraq üçüncü dəfə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq. Sahibkarların fəallığı və bu müsabiqədə iştiraka maraq göstərmələri bizi sevindirir. Müsabiqəni dəstəklədiyi və həyata keçirdiyi üçün EY Azərbaycan şirkətinə və bütün tərəfdaşlara təşəkkür edirəm”.
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev isə bildirib: “Bu müsabiqənin məqsədi yaşadıqları və fəaliyyət göstərdikləri icmalar üçün dəyər yaradan, maraqlı tarixçələri olan iş adamlarının uğurlarını qiymətləndirməkdir. “EY İlin İş Adamı 2022” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyuruq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
4 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
5 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















