Bakı Fond Birjasında gender bərabərliyinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
9 mart 2022-ci il tarixində Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanın tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilib.
Açılış mərasimində BFB-nin sədri v.m.i.e Eldar Abdullayev, BMTİP Azərbaycanın müvəqqəti işlər vəkili cənab Suxrob Xojimatov, BMTİP Azərbaycan layihə rəhbəri Aygün Əhmədova, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Əməkdaşlıq üzrə regional direktorun müavini Alberto Hernandez, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu Gürcüstan üzrə ölkə təmsilçisi Kaori İşikava, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi Korporativ xidmətlər departamentinin rəhbəri Leyla Qaralova, Mərkəzi Bank Kapital Bazarına Nəzarət Departamenti şöbəsindən Sevinc Əliverdiyeva, Azfinans İnvestisiya şirkəti Beynəlxalq bazarlar departamentini mütəxəssisi Nərmin Cəbrayıllı çıxış ediblər.
BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək, gender bərabərliyinə həsr olunmuş qlobal olaraq keçirilən “Açılış Zəngi” mərasimlərinin cəmiyyətdə gender bərabərliyinin inkişafı, korporativ sektorda oynaya biləcəyi əsas rola diqqəti cəlb etmək və qadınların işgüzar məkanda səlahiyyətlərinin artırılmasına müsbət təsir göstərə biləcəyini bildirib.
Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır və hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























