Banklar tərəfindən 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilib
Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində icra olunan “Özünüməşğulluğa Dəstək Layihəsi” davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, ötən il layihənin yeni mərhələsi kimi daha 500 özünüməşğulluq proqramı iştirakçısına banklar tərəfindən aktivlər verilməsinə başlanıb. Onlardan artıq 300-nə seçdikləri sahələr üzrə mal və materiallar təqdim edilib.
Qeyd edilib ki, uğurlu sosial tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunələrindən olan, 21 bankın qoşulduğu Layihə özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstəkdir.
Ümumilikdə ötən dövrdə banklar tərəfindən “Özünüməşğulluğa Dəstək Layihəsi” üzrə 1300-dək özünüməşğulluq proqramı iştirakçısına aktivlər verilməklə kiçik biznesləri yaradılıb.
Aktivlərlə təmin edilən həmin şəxslərin böyük hissəsi şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
2 saat əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 14 saat əvvəl
-
14 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
14 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
15 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
Ən çox oxunanlar
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
























