Ukrayna Silahlı Qüvvələri yeni məlumat yaydı - "düşmən itkilərlə geri çəkilir"
"Düşmən silah və texnika qoyaraq təslim olmağa, qaçmağa davam edir"Marja.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər saatlarına olan əməliyyat məlumatını təqdim edir:
▪️ Ukrayna xalqının Rusiya hərbi işğalına qarşı qəhrəmancasına mübarizənin 10-cu günü başlayıb.
▪️ Ukrayna Silahlı Qüvvələri, Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bölmələri Ukrayna şəhərlərini rus işğalçılarından azad etmək üçün qızğın döyüşlər aparır.
▪️ İşğalçıların birlik və bölmələri ruhdan düşüb, işğalçı ordunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmağa, qaçmağa davam edir.
▪️ Aktiv döyüş əməliyyatları zamanı düşmənə təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri deyil, həm də sadə silahsız insanlar da zərbə vurur, işğalçıya öz vətəndaş mövqeyini nümayiş etdirir, ona psixoloji məğlubiyyət verir.
▪️ Daimi müqavimətin ardınca və hərəkətlərinin qanunsuzluğunu dərk edən işğalçılar dinc əhalini atəşə tutmaqda, mühüm infrastruktur obyektlərinə və yaşayış binalarına, xəstəxanalara, uşaq bağçalarına raket və bombalı hücumlar təşkil edir, qadın, uşaq və qocalardan “canlı qalxan” kimi istifadə etməkdə davam edir.
▪️ Onlar öz informasiya məkanında “xilasetmə” mənzərəsini yaratmaq cəhdlərindən əl çəkmirlər, tabeliyində olan KİV vasitəsilə total yalanlar yaymaqda davam edir, ictimaiyyətin həqiqətə və obyektiv məlumatlara çıxışını əngəlləməklə şəxsi heyət və texnika itkilərini gizlətmək üçün tədbirlər görürlər.
▪️ Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə müəyyən sərhədləri qorumaqda davam edir və bəzi ərazilərdə əks-hücuma keçərək düşməni itkilərlə geri çəkilməyə məcbur edir, arxa rabitəni pozur və sarsıdıcı zərbələr endirir.
▪️ Təəssüf ki, planlarımızı puça çıxarmamaq üçün bütün uğurlarımızı danışa bilmirik. Amma inanın ki, zamanla hər şey bilinəcək.
Gəlin birlikdə qalib gələk! Mübarizə davam edir!
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























