Ukrayna və Rusiya müvəqqəti atəşkəs barədə razılığa gəldi - VİDEO
Atəşkəs razılaşması humanitar dəhlizlərin birgə təmin edilməsini nəzərdə tutur.Ukrayna və Rusiya Federasiyası humanitar dəhlizləri müvəqqəti atəşkəslə təmin etmək barədə razılığa gəliblər.
Marja xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Rusiya Federasiyası və Ukrayna humanitar dəhlizlərin təşkili üçün yaxın gələcəkdə kommunikasiya və qarşılıqlı fəaliyyət kanalları yaradacaqlar" - Podolyak deyib.
Podolyak qeyd edib ki, Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və dialoqu danışıqların üçüncü raundunda davam etdirəcək.
“Biz humanitar aspekti kifayət qədər ətraflı müzakirə etdik, çünki indi kifayət qədər şəhərlər mühasirəyə alınıb, qida, dərman və evakuasiya ehtimalı ilə bağlı dramatik vəziyyət var.vTərəflər mülki əhalinin təxliyyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsi, o cümlədən ən şiddətli döyüşlərin getdiyi yerlərə dərman və ərzaqların çatdırılması üçün müvəqqəti atəşkəs mümkünlüyü ilə bağlı razılığa gəliblər",- Zelenskinin ofisinin rəhbərinin müşaviri Podolyak danışıqlardan sonra deyib.
Rusiya Federasiyasının danışıqlardakı nümayəndəsi Medinski bildirib ki, Rusiya Federasiyası və Ukrayna humanitar, hərbi məsələləri və gələcək siyasi nizamlanma məsələsini ətraflı müzakirə ediblər.
Medinski təsdiqləyib ki, Rusiya Federasiyası və Ukrayna əhalinin çıxması üçün humanitar dəhlizlər və mümkün müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Medinski Ukrayna nümayəndə heyəti ilə danışıqlarda əldə olunan razılaşmaları əhəmiyyətli irəliləyiş adlandırıb.
Rusiya nümayəndə heyətindən Slutski deyib ki, yaxın günlərdə Ukrayna ilə danışıqların üçüncü raundu baş tutacaq. Slutski Ukrayna nümayəndə heyəti ilə danışıqların daha bir neçə raundunun keçirilməsinin mümkünlüyünü istisna etməyib.
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların üçüncü raundu gələn həftənin əvvəlində yenidən Belarusda keçiriləcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























