Rusiyalı milyarderlər müharibənin ilk günündə 38 milyard dollar itiriblər
Rusiya milyarderlərinin ümumi sərvəti Ukraynadakı hərbi əməliyyatlar səbəbindən 38,162 milyard dollar azalıb. Marja xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, ən böyük itkini 5,4 milyard dollarla “Lukoyl”un prezidenti Vahid Ələkbərov çəkib, onun sərvəti 19,5 milyard dollara qədər düşüb.
“Novatek”in rəhbəri Leonid Mixelson 4 milyard dollar, “Sibur” və “Novatek” şirkətlərinin direktorlar şurasının üzvü Gennadi Timçenko 3,9 milyard dollar itiriblər.
“Severstal”ın direktorlar şurasının sədri və əsas səhmdarı Aleksey Mordaşov 3,5 milyard dollar itirib “Norilsk Nikel”in prezidenti Vladimir Potaninin sərvəti 3,3 milyard dollar azalıb.
Xəbər, reytinq real vaxt rejimində dünyanın ən varlı adamlarının sərvətindəki dəyişikliyi qiymətləndirən Forbes Real-Time sayğacının məlumatlarına əsaslanır. Rusiyalı milyarderlərin gündəlik itkiləri ilə bağlı məlumatlar Moskva vaxtı ilə saat 13:00-a hesablanıb.
Ukraynadakı hərbi əməliyyatlar haqqında
Rusiya prezidenti Vladimir Putin cümə axşamı səhər qondarma Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Rusiya lideri vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya ordusunun Ukrayna şəhərlərinə zərbələr endirmədiyini, hərbi infrastrukturun yüksək dəqiqlikli vasitələrlə sıradan çıxarıldığını bildirib.
Cümə axşamı günü bazarın düşməsi haqqında
Cümə axşamı günü ticarət zamanı Moskva birjası və RTS indeksləri 45-48%-dən çox ucuzlaşıb. Cümə axşamı günü ticarət zamanı Moskva birjasının indeksi 2017-ci ilin fevralından bəri ilk dəfə 1700 bənddən aşağı düşüb. RTS dollar indeksi 2016-cı ilin fevralından bəri ilk dəfə olaraq 700 bənddən aşağı düşüb və kapitallaşmada 76 milyard dollar itirib.
Rubl dollar və avro qarşısında rekord ucuzlaşıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib




















.jpg)







