Azərbaycanda sığorta haqlarının 84%-i 5 şirkətin hesabına daxil olur

Bu ilin yanvar ayında Azərbaycanda toplanılmış 118 milyon 234 min manat sığorta haqqının 99 milyon 392 min manatı və yaxud 84,05%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statitikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (59 milyon 856 min manat), "PAŞA Həyat Sığorta" (25 milyon 320 min manat), “İpək Yolu Sığorta” (5 milyon 125 min manat), “Qala Sığorta” (5 milyon 107 min manat) və “Xalq Sığorta” (3 milyon 984 min manat) ASC-lərdir.
Ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (102 min manat), "Naxçıvan Sığorta" (148 min manat), “Bakı Sığorta” (375 min manat), “Günay Sığorta” (486 min manat) və “Xalq Həyat Sığorta” (608 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 719 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,45%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 17 milyon 123 min manat (14,5%) təşkil edib.
Azərbaycanda sığorta ödənişlərinin 68%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 16 milyon 623 min manat sığorta ödənişinin 11 milyon 227 min manatı və yaxud 67,55%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (4 milyon 385 min manat) və “PAŞA Sığorta” (3 milyon 101 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 1 milyo ,996 min manat), eləcə də "Xalq Sığorta" (1 milyon 745 min manat) və “A-Qrup Sığorta” (905 min manat) ASC-lərdir.
Ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (0 manat), “İpək Yolu Sığorta” (1 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (34 min manat) və “Naxçıvan Sığorta” (35 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 70 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 5,326 milyon manat (32,05%) təşkil edib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi
-
12 saat əvvəl
"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Qızılın qiyməti 2026-cı ildə 5000 dollara, 2030-cu ilin sonuna qədər isə 10000 dollara çata bilər"
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Sizin Lombard" vətəndaşlara kredit ayrımaq üçün illik 15%-lə borc alır
-
14 saat əvvəl
“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
-
14 saat əvvəl
Azərbaycan Prezidenti Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sabahdan Xırdalan-Bakı E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Son Xəbərlər

"Pensiya yaşının artırılması ilə bağlı iddialara RƏSMİ CAVAB

“PAŞA Sığorta”da rəhbər vəzifəyə təyinat olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AFB Bank”ın kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar

10 000 manat kredit götür, aylıq cəmi 350 manat ödə

“AFB BANK” avadanlıqların satın alınması üzrə tender elan edib

Azərbaycan və Çin mərkəzi banklarının sədrləri görüşüb

“Çörəkçi” ailəsi Ümumdünya Çörək Gününü birlikdə qeyd etdi

ABB səhmdarları 16%-ə yaxın dividend qazana bilərlər
