Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (2 milyard 866 milyon 443 min manat), “PAŞA Bank” (2 milyard 478 milyon 985 min manat), “Kapital Bank” (2 milyard 281 milyon 85 min manat) və “Xalq Bank” (1 milyard 390 milyon 859 min manat) ASC-lərdir.
Qalan 22 bankdan 19-da kredit portfeli 100 milyon manatdan 1 milyard manata, 3 bankda isə 100 milyon manatdan azdır.
6 bankın kredit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə az olub.
Bunlar “Bank Avrasiya”, “Xalq Bank”, “Premium Bank”, “AFB Bank” və “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma ASB-də (23,6%), ən az azalma isə “Bank Avrasiya”da (2,6%) qeydə alınıb.
Qalan 20 bankın kredit portfeli artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (88,5%), ən aşağı dinamika isə “Günay Bank” ASC-də (5,1%) qeydə alınıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
54 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN




















