"Hökumətin və Mərkəzi Bankın heç bir devalvasiya fikirləri yoxdur"
“Dollara tələb ilin əvvəlində artır, ortalarında səngiyir, sonunda yenidən aktivləşir”
“Birmənalı olaraq bildirmək istəyirəm ki, 2022-ci ilin və ortamüddətli dövrün sosial-iqtisadi inkişaf proqramları və proqnozları valyuta bazarının dayanıqlılığı üzərində qurulub. Hökumətin və Mərkəzi Bankın heç bir devalvasiya fikirləri, proqramları, hesablamaları yoxdur. Devalvasiya barədə deyilənlər tsiklik (dövrü) şaiyələrdən başqa bir şey deyil. Biz buna tsiklik xarakterli şaiyələr deyirik. Bu tsiklik şaiyələr bir neçə ay ərzində səngiyib keçir. Biz bunu 2020 və 2021-ci illərdə müşaiyət etmişik. 2020-ci ildə pandemiyadan qaynaqlanan çətinliklər fonunda valyuta bazarında təzyiqləri gördük. Bilirsiniz ki, həmin təzyiqlərin qarşısını aldıq”.
Bunu Marja-nın sualına cavabında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Mərkəzi Bankın sədri deyib ki, ilin əvvəlində valyuta hərraclarında vəsait (dollar -red) bir qədər çox satılır, ilin ortalarına doğru bu proses səngiyir, yığımlar başlayır və ilin sonunda yenidən aktivləşir:
“Adətən yeni ilə bazar 2 ay təzyiq ilə başlayır (dollara tələb artır - red), sonra 8 ay təklif tələbi üstələyir. İlin son iki ayında yenidən tələbin artması müşahidə olunur. İlin sonunda büdcə xərclərinin artması, bununla əlaqədar olaraq dövriyyəyə daha çox vəsaitin daxil olması, onun bir hissəsinin növbəti ilin əvvəlinə keçməsi, müəyyən gözləntilər, qonşu ölkələrdə yüksək inflyasiya, məzənnə volatilliyi və s. bazara pisixoloji təsirlər göstərir”.
Elman Rüstəmov qeyd edib ki, ötən ilin oktyabr ayında Dövlət Neft Fondu tərəfindən büdcəyə transfert üçün valyuta satışı üzrə əhəmiyyətli qənaət vardı (tələb aşağı olduğundan dollar satışı qrafikdən geri qalırdı - red). İlin son aylarında (noyabr və dekabr) bir sıra tələblərin yaranması ilə qənaətin böyük hissəsi satılıb:
“İlin sonunda təxminən 4-5 milyon dollar valyuta artıqlığı (satılmayan valyuta – red) qalmışdı.Tam şəkildə tarazlı bazarın şahidi olduq”.
Mərkəzi Bank bazardan il ərzində 245 milyon dollar valyuta alıb
Mərkəzi Bankın sədri qeyd edib ki, 2021-ci ildə valyuta hərraclarının 70%-də təklif tələbi üstələyib: "Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alış yönümlü 245 milyon dollar təşkil edib. Valyuta hərraclarında tələbin dəyişməsi tsiklik xarakter daşıyır".
Elman Rüstəmov bildirib ki, 2022-ci ildə Neft Fondundan dövlət büdcəsinə transfertlərin ötən illə müqayisədə artırılması şəraitində valyuta bazarının tənzimlənməsi üçün imkanlar daha genişdir:
"Profisitli tədiyyə balansı şəraitində cari ildə də valyuta bazarında tarazlıq qorunacaqdır. Cari ildə makroiqtisadi sabitlik, məhz valyuta bazarındakı tarazlığa əsaslanır. Ölənin valyuta bazarının tarazlığı üçün bütün fundamental amillər ortadadır, neftin yüksək qiyməti pik səviyyələrdədir, tədiyyə balansının cari hesabı, xarici ticarət profisitdədir”.
Elman Rüstəmov vurğulayıb ki, Mərkəzi Bankın əsas fokusu qiymətlər sabitliyinin təmin edilməsidir, inflyasiyanın hədəf intervalının (2-6%) orta səviyyəsinə (4%-ə) qaytarmaqdır:
“Həm 2022-ci ildə, həm də 2023-cü ildə hökumətin və Mərkəzi Bankın əsas diqqəti inflyasiyanın neytrallaşdırılması, o cümlədən ailə büdcələrinə və Manatın alıcılıq qabiliyyətinə mənfi təsirlərinin aradan qaldırılmasıdır.
Bazar tarazlıdır, narahatlığa heç bir əsas yoxdur. Cari ildə də yüksək neft qiymətləri, profisitli tədiyyə balansı və dövlət büdcəsinə artan transfertlər şəraitində bazar tarazlı olacaqdır, əlavə tədbirə ehtiyac yoxdur. Görəcəyimiz iş bu olacaqdır ki, tsikl vaxtında valyutaya tələb artacağından daha çox valyuta sataq, çünki Neft Fondunun transferləri il ərzində reallaşmalıdır ki, büdcəyə manat vəsaitləri köçürülsün”.
Mərkəzi Bankın sədri əlavə edib ki, Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 12%-dən çox bahalaşıb və bunun cox ciddi antiinflyasiya təsirləri var: “Cari ildə də Manat inflyasiyanın o cümlədən makroiqtisadi və maliyyə sabitliyinin başlıca lövbəri rolunu oynayacaqdır”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat sonra
-
10 saat sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
2 saat əvvəl
“SUP VC”dən cavab gəldi - Sosial şəbəkələrdəki paylaşımlara nöqtə qoydu
-
5 saat əvvəl
ABŞ-Çin gərginliyi "alovlandı", qızılın qiyməti 4100 dollara yaxınlaşdı
-
5 saat əvvəl
2025-ci il Nobel İqtisadiyyat Mükafatının sahibləri açıqlanıb - “Hələ də heyrət içindəyəm”
-
5 saat əvvəl
“PAŞA Bank”dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası!
-
6 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
-
6 saat əvvəl
OPEC xam neft istehsalını artırıb, qlobal neft tələbi proqnozunu isə dəyişməyib
-
6 saat əvvəl
Çizgi filmi sənayesi: 2034-cü ilə qədər 895 milyard dollar həcmində bazar
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə sağlamlıq aksiyası

Əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq məhsullar alır

ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib
