Qızıl investorları FED-ə fokuslanıblar
Qızıl investorları bu gün açıqlanacaq FED-in faiz qərarına fokuslanıblar. Qızılın qiyməti noyabr ayından bəri ilk dəfə çərşənbə axşamı günü 1850 dolları keçib.
Marja xəbər verir ki, qızılın qiyməti FED-in iclası öncəsi 1850 dolları keçdikdən sonra bugün ucuzlaşıb.
FED-in Federal Açıq Bazar Komitəsi (FOMC) yanvar ayı üçün faiz qərarını müəyyən etmək üçün toplanacaq. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar bu toplantıda FED-in mart ayında uçot dərəcəsini artıracağına işarə verəcəyini gözlədiklərini bildiriblər.
“Goldman Sachs” Fed-in siyasət faizini “Wall Street”in gözlədiyindən daha aqressiv şəkildə artırması riskinin olduğunu bildirib. “Goldman Sachs”ın baş iqtisadçısı Jan Hatzius həftə sonu müştərilərlə paylaşdığı məlumatda mart, iyun, sentyabr və dekabr aylarında dörd faiz artımı gözlədiklərini bildirib.
“Bloomberg Economics”in araşdırmasına görə, Argentina FED-in faiz artırmasına ən həssas ölkədir, Türkiyə isə ikinci yerdədir. Argentina və Türkiyədən sonra ən çox risk altında olan ölkələr Cənubi Afrika, Kolumbiya, Misir və Braziliyadır.
Son həftəni 1%-ə yaxın artımla bağlayan qızılın unsiyası, son 6 həftənin 5-ni qazancla keçirib. Qızılın unsiyası çərşənbə axşamı qlobal bazarlarda risk iştahının azalmasından dəstək alaraq 1853 dollara yüksəlib. FED-in iclasından əvvəl bir qədər ucuzlaşan qiymətli metal hazırda 1846 dollar səviyyəsindədir.
Sərt monetar siyasətə keçid dolları bahalaşdırsa da, yüksək inflyasiya qızılda artım tendensiyasının hələ bir müddət davam etməsinə səbəb ola bilər. Bu səbəbdən sərt pul siyasətinin başlanğıcında qızılın qiymətlərində sürətli və kəskin geri çəkilmə yaşanmaya bilər. Artım tendensiyasını davam etdirən qiymətli metal 1855 dollar həddini qırsa, 1870 dollara və 1880 dollara kimi bahalaşa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
























