Dünya iqtisadiyyatınının artımı ilə bağlı proqnoz pisləşdi
BVF 2022-ci ildə qlobal ÜDM artımı proqnozunu 4,4%-ə endirib .Beynəlxalq Valyuta Fondu (BVF) bu il qlobal ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu oktyabr ayı təxminləri ilə müqayisədə 0,5 faiz bəndi pisləşdirib.
Marja xəbər verir ki, bu, BVF-nin çərşənbə axşamı yaydığı dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair yanvar hesabatında bildirilir.
Fondun analitiklərinin fikrincə, bu il qlobal ÜDM-in artım tempi 4,4% təşkil edəcək. Oktyabr proqnozunda bu rəqəm 4,9% artım idi. 2023-cü ildə BVF 3,8% artım gözləyir.
Fondun analitiklərinin hesablamalarına görə, ötən il dünya iqtisadiyyatı 5,9% artıb.
“Qlobal iqtisadiyyat 2022-ci ilə əvvəllər gözlənildiyindən daha zəif vəziyyətdə daxil olur. COVID-19-un yeni Omikron ştammı yayıldıqca, ölkələr hərəkət məhdudiyyətlərini yenidən tətbiq etdilər. Artan enerji qiymətləri və tədarükdə fasilələr, ABŞ-da, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarda gözləniləndən daha yüksək inflyasiyanın yaranmasına səbəb olub. Çinin daşınmaz əmlak sektorunda davam edən tənəzzül və istehlakda gözləniləndən daha yavaş bərpa da artım perspektivlərini məhdudlaşdırır”, - hesabatda qeyd edilir.
BVF əlavə edib ki, qlobal ÜDM-in artımı ilə bağlı proqnozun pisləşməsi "əsasən iki ən böyük iqtisadiyyatda - ABŞ və Çində proqnozlaşdırılan azalmanı əks etdirir".
Bundan əlavə, hesabat müəllifləri qeyd ediblər ki, kifayət qədər yüksək inflyasiya tədarük zəncirindəki fasilələr və yüksək enerji qiymətləri səbəbindən gözləniləndən daha uzun müddət davam edəcək.
Hesabatda vurğulanır ki, “2022-ci ildə tələb-təklif balanssızlığı azaldıqca və aparıcı iqtisadiyyatlarda pul siyasəti reaksiyaları baş verdikdə inflyasiya tədricən azalmalıdır”.
Fonda görə, koronavirusun yeni növlərinin ortaya çıxması yeni iqtisadi şoklara səbəb ola bilər. BVF “geosiyasi gərginliyin və təbii fəlakətlərin baş vermə ehtimalının yüksək olaraq qalması” kimi qlobal risklərin mümkünlüyünə də işarə edib.
BVF-nin İdarəedici Direktorunun Birinci Müavini Geeta Gopinath hesabatın açıqlanmasında bildirib ki, qlobal miqyasda “iqtisadiyyat tədarükün kəsilməsi, artan inflyasiya, rekord borc və davam edən qeyri-müəyyənliklə mübarizə apardığı üçün artım yavaşlayır”.
“Qlobal iqtisadiyyatın bərpası davam edən pandemiya üçüncü ilinə daxil olduğu üçün çoxsaylı problemlərlə üzləşir. Omikron ştammının sürətlə yayılması bir çox ölkədə hərəkət məhdudiyyətlərinin yenilənməsinə və işçi çatışmazlığının artmasına səbəb oldu. Güclü tələb və yüksək ərzaq və enerji qiymətləri ilə bağlı təzyiqlərə əlavə olaraq, təchizatın kəsilməsi [iqtisadi] fəaliyyətə təzyiq etməkdədir və inflyasiyanı yüksəltməkdə davam edir. Üstəlik, rekord borc və artan inflyasiya bir çox ölkələrin yeni iqtisadi şokları udmaq imkanlarını məhdudlaşdırır”, - o, BVF-nin saytındakı bloqunda yazıb.
Ölkələr üzrə göstəricilər
BVF analitikləri qeyd edirlər ki, müxtəlif ölkələrdə iqtisadiyyatın bərpa tempi bir sıra amillərdən asılı olaraq bir-birindən fərqlənəcək. Bunlara pandemiya ilə bağlı vəziyyət və onun hər bir ayrı-ayrı ölkənin iqtisadiyyatına vurduğu nəticələr daxildir.
Belə ki, bu il qabaqcıl iqtisadiyyatlarda ÜDM-in artım tempinin 3,9% (oktyabr proqnozu ilə müqayisədə 0,6 faiz bəndi pisləşmə), 2023-cü ildə isə 2,6% (0,4 bənd yaxşılaşma) olacağı gözlənilir. Xüsusilə, ABŞ iqtisadiyyatı 2021-ci ildə 5,6% böyüdükdən sonra, 2022-ci ildə cəmi 4% (oktyabr proqnozu ilə müqayisədə pisləşmə 1,2 faiz bəndi) və 2023-cü ildə 2,6% (0,4 faiz bəndi yaxşılaşma) genişlənəcək.
2022-ci il ürə Avrozona iqtisadiyyatının artım proqnozu 4,3%-dən 3,9%-ə dəyişdirilib. Ekspertlərin fikrincə, gələn il Avropa ölkələrinin ÜDM-i 2,5% artacaq. Onların hesablamalarına görə, 2021-ci ildə Avrozonada ÜDM artımı 5,2% təşkil edib.
2022-ci ildə inkişaf etməkdə olan ölkələrin ÜDM artımı tempi 4,8% (oktyabr proqnozu ilə müqayisədə 0,3 faiz bəndi pisləşmə), 2023-cü ildə 4,7% (0,1 faiz yaxşılaşma) səviyyəsində gözlənilir. Ekspertlər bu qrupda 2022-ci ildə ən yüksək ÜDM artımını Hindistanda gözləyir - 9%. Fondun məlumatına görə, Çin ÜDM-nin artım tempi bu il 4,8% (oktyabr proqnozu ilə müqayisədə 0,8 faiz bəndi pisləşmə), 2023-cü ildə 5,2% (0,1 faiz bəndi pisləşmə) təşkil edəcək. 2021-ci ildə Çinin ÜDM-i, BVF-nin hesablamalarına görə, 8,1% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















