İnvestorlar və İnvestisya şirkətləri üçün yeni xidmət istifadəyə verildi
İnvestorlar qiymətli kağızları girova qoymaqla, investisiya şirkətləri vasitəsi ilə əlavə ticarət limitləri əldə edə biləcəklər.25 yanvar 2022-ci il tarixində qiymətli kağızlar sahəsində investor və investisiya şirkətlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Milli Depozit Mərkəzi tərəfindən yeni “Marja” subhesabı istifadəyə verilib.
Milli Depozit Mərkəzinin yaydığı məlumata görə, investorlar təqdim olunmuş yeni subhesaba qiymətli kağızları girova qoymaqla, investisiya şirkətləri vasitəsi ilə əlavə ticarət limitləri əldə edə biləcəklər.
Qiymətli kağız mülkiyyətçiləri investisiya şirlətləri qarşısında öz öhdəliklərini icra edənə qədər kağızlar bu subhesablarda saxlanılır. Bu da öz növbəsində qiymətli kağızlar bazarının inkişafına öz töhvəsini verəcəkdir.
Qiymətli kağız mülkiyyətçiləri sahib olduqları depo və ya marja hesabları üzrə əməliyyatları Mərkəzi Depozitar sistemində mövcud olan şəxsi elektron kabinetləri vasitəsilə real vaxt rejmində həyata keçirə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















