Xalq Bank 2021-ci ilin yekunlarını açıqladı
Bank 2021-ci ili 27 milyon manatdan çox xalis mənfəət ilə başa vurub.2021-ci il ərzində ASC “Xalq” Bankın əsas maliyyə göstəriciləri stabil olub.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Xalq Bank" 2021-ci ilin yekununa əsas maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb. Belə ki, ilin sonuna aktivlərin həcmi 2 milyard 339,39 mln manat, müştərilərə verilən kredit portfelinin həcmi 1 milyard 406,98 mln manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 milyard 543,27 mln manat, cəmi kapital 449,18 mln manat təşkil etmişdir.
2020-ci ilin sonu ilə müqayisədə xalis mənfəət 5,88% artaraq 27,29 milyon manata çatdırılmışdır. Beləliklə, əsas maliyyə göstəricilərinin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
Press-relizdə qeyd edilib ki, 2021-ci il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi, nağdsız əməliyyatların həcminin artırılması və rəqəmsallaşma kimi istiqamətlərə xüsusi diqqət ayrılmışdır. Keçən il istifadəyə verilmiş hüquqi və fiziki şəxslər üçün vahid platformalı XalqOnline mobil bankçılıq sistemi SME Banking Club beynəlxalq agentliyi tərəfindən “2021-ci ilin korporativ seqmentə xidmət göstərən ən yaxşı tətbiqi” mükafatına layiq görülmüşdür.
2021-ci ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B2 səviyyəsində, reytinq üzrə proqnozunu isə “pozitiv” olaraq saxlamışdır. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1 (cr)/Not Prime (cr) səviyyəsində təsdiq etmişdir.
2021-ci ildə Bankın həyata keçirdiyi “Xalq Əmanəti” mədəni-sosial layihəsi çərçivəsində rəssam Şamo Abasovun bədii albomu geniş ictimaiyyətə təqdim olunmuşdur.
Ötən il fəaliyyətə başlamasının 17 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Xalq Bank 2021-ci il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar personal, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
-
-
4 saat əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 9 saat əvvəl
-
12 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
12 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb






















