“PAŞA Kapital” “Azərbaycan Supermarket”in 10 milyon manatlıq istiqraz emissiyasını həyata keçirdi
(R) 28 dekabr 2021-ci il tarixində “Azərbaycan Supermarket” MMC tərəfindən emissiya edilən, hər birinin nominal dəyəri 1 000 manat, 10 000 ədəd təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazların yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilən rəqabətli hərrac uğurla başa çatıb.
Buraxılışın anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC tərəfindən hərraca çıxarılan istiqrazlara olan tələbat təklifi üstələmiş və nəticədə istiqrazlar üzrə orta ölçülmüş və kəsmə gəlirlilik 9,0 faiz təşkil etmişdir.
Xatırladaq ki, qeyd olunan istiqrazlar 3 il müddətinə buraxılır və onlar üzrə investorlara hər 3 aydan bir, illik 10,5 faiz dərəcəsi ilə kupon ödənişləri ediləcəkdir. İstiqrazlar ən qısa müddətdə Bakı Fond Birjasında tədavülə buraxılacaqdır və onları təkrar bazarda əldə etmək istəyən investorlar bilavasitə PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























