Su sayğaclarının dəyərinin bina sakinlərindən tələb edilməsi araşdırılır - AÇIQLAMA
"Suölçən cihazları hüquqi əsas olmadan mənzil-tikinti kooperativlərinə satılır, sonradan isə dəyəri binaların sakinlərindən tələb edilmir".İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda suölçən cihazların quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin araşdırmasına başlayıb.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.
Araşdırmalar su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına quraşdırılmalı olan suölçən cihazların hüquqi əsas olmadan mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə dəyərinin həmin binaların sakinlərindən tələb edilməsi ilə “Sudan istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilən “Sudan istifadə Qaydaları”nın 6.5-ci bəndinə müvafiq olaraq, mənzil-tikinti kooperativləri tərəfindən tikilən binalarda mənzil sahibi fiziki şəxs olan istehlakçılar üçün su sayğacları təchizatçı müəssisənin vəsaiti hesabına təmin edilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)




