13 bank 2016-cı ilin audit hesabatını açıqlamayıb
Azərbaycanda fəaliyyət göstərən 31 kommersiya bankından 13-ü hələ də 2016-cı ilin audit hesabatını rəsmi internet səhifəsində yerləşdirməyib.
Həmin banklar - “AGBank”, “Amrahbank”, “Atabank”, "Azərbaycan Beynəlxalq Bankı", “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank VTB (Azerbaijan)”, “Dəmirbank”, “NBC Bank”, “Nikoil Bank”, “Rabitəbank” və “Turanbank” ASC-dir.
Banklardan 2-si - “AGBank” və “Amrahbank” açıqlama yayaraq hesabatlılıq məsələsində gecikmənin texniki səbəblərlə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan qanunverciliyinə əsasən, banklar kənar auditorun təsdiqlədiyi maliyyə hesabatını ilin qurtarmasından ən geci 5 ay müddətində, yəni mayın 31-nə qədər açıqlamalı və mətbuatda dərc etdirməlidir.
Maliyyə Bazarlarına Nəzarət Palatası audit hesabatını açıqlamamış banklara bunun səbəbi ilə bağlı açıqlama yaymağı tapşırıb. “Amrahbank” və “AGBank”ın atdığı addımı yaxın saatlarda digər bankların da atacağı gözlənilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)






