Dövlət Vergi Xidmətinin rəisi: Dağ-mədən sektoru ilə bağlı intensiv işlər həyata keçirilir
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxış edibEkologiya və Təbii Sərvətlər Nazirliyi və “Paşa bank” ASC-nin birgə təşkilatçılığı ilə “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin dağ-mədən sektorunda aparılan islahatlar, yeni maliyyə mexanizmləri, sektorda dövlət inzibatçılığı məsələləri və sahənin inkişaf pespektivləri müzakirə edilib.
Xidmətin yaydığı məlumata görə, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması, mədən sənayesində şəffaflığın təmin edilməsi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən həyata keçirilən işlər, mədən tullantılarının və təbii resursların səmərəli idarə olunması istiqamətində qəbul edilən qərarlar, hərraclar vasitəsi ilə yerin təkinin istifadəyə verilməsi barədə məlumat verib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli yerin təki haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə vahid inzibatçılıq mexanizmlərinin təmin edilməsi barədə danışıb. Dağ-mədən sektorunun böyük inkişaf potensialı olduğunu qeyd edən O.Nəzərli hər bir iqtisadi seqmentin inkişafının bu sektorun şəffaf fəaliyyəti, aydın qanunvericilik bazası, effektiv nəzarət mexanizmlərinin tətbiqi ilə mümkün olduğunu bildirib.
Qeyd edilib ki, hazırda İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri arasında bu sahədə həyata keçirilən işlərin tənzimlənməsi məqsədilə sıx koordinasiya qurulub. Ölkə başçısının yerin təkindən istifadə ilə bağlı mexanizmlərinin təkmilləşdirilməsi və bu sahəyə dövlət nəzarətinin gücləndirilməsini nəzərdə tutan müvafiq Fərmanından irəli gələrək hər iki nazirliyin nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb, bu sahənin inkişafı üçün strateji hədəflərin müəyyən olunması, bu sahədə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması yollarının birgə müzakirəsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə faydalı qazıntıların çıxarılması ilə bağlı məsələlərin üzərində intensiv işlər həyata keçirilir.
O.Nəzərli yerin təki haqqında qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə vahid inzibatçılıq mexanizmlərinin təmin edilməsi ilə bağlı görülmüş işlər, həmçinin yerin təki istifadəçilərinə əlverişli şəraitin və investisiya mühitinin yaradılması ilə bağlı bu il vergi qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər barədə məlumat verib.
Tədbirdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Hümbətov, “Azergold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov və digərləri çıxış ediblər.
Tədbir təqdimat və panel müzakirələrlə davam edib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 43 d. əvvəl
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
1 saat əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
2 saat əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
2 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
2 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Ən çox oxunanlar
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib

























