Azərbaycanda 7 şirkət birləşib
Azərbaycanda 7 şirkət birləşib.
Marja.az xəbər verir ki, "Pacific Lift" MMC, "Pacific Hospitality" MMC, "Pacific Metal Grid" MMC, "Provista" MMC, "Yuxa Catering" MMC və "Pacific Group" MMC "INOVA" MMC-yə qoşulublar.
Adı çəkilən şirkətlər "INOVA" MMC-yə quşulduğundan "INOVA" MMC yenidən təşkil olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 39, mənzil 83 ünvanına bildirə bilərlər.
“İnova” MMC tikinti şirkəti olub, 20.06.2016-cı ildə təsis edilib. “İnova” şirkəti respublika ərazisində bir sıra tikinti işlərinə imza atmış, zavod, xəstəxana, restoran və sairə müəssisələrin tikintisini həyata keçirmişdir. “İnova” müəssisəsində yaşayış konteynerlərinin istehsalı da həyata keçirilir. Müəssisədə konteynerlərin müxtəlif modelləri istehsal olunur: ofis, yaşayış, hamam-tualet, inzibati konteynerlər və sairə. Konteynerlər daşınma, qənaət, sürət, elastiklik baxımından bir sıra mühüm üstünlüklərə malikdir.
"İnova" MMC-nin qanuni təmsilçisi Abbasov Emin Zahir oğludur.
“İnova” MMC-nin “Pacific Group”a daxil olduğu və “Pacific Group”un sənaye, kənd təsərrüfatı, tikinti və digər istiqamətlər üzrə fəaliyyət göstəridiyi bildirilirdi.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Ən çox oxunanlar
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb























