“Dünən Səfər Mehdiyev mənə zəng edib təəssüfünü bildirdi” - YENİLƏNİB
"Səfər Mehdiyev deputatları deyil, bəzi məmurları nəzərdə tutub”
“Gömrük Komitəsinin sədrinin məlum müsahibəsindən sonra deputatlara təpkilər artıb. Ancaq Milli Məclis bütün dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.
Bunu deputat Elşən Musayev parlamentdə deyib.
O qeyd edib ki, Gömrük Komitəsi də bu qəbildən olan qurumlardandır: “Bu müsahibədə sanki bir anlaşılmazlıq var. Hər halda Gömrük Komitəsindən bu məsələlərə aydınlıq gətirilməlidir. Çünki deputatlar anlayışı cəm şəklində olan anlayışdır”.
Milli Məclisin sədri Sahibə Qafarova deputatın fikirlərinə reaksiya verib: “Dünən Səfər Mehdiyev mənə telefon açıb təəssüf hissi ilə qeyd edib ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. Səfər müəllim bildirdi ki, o müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tutub”.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə verdiyi müsahibədə deputatların xaricdən məhsul gətirib satdığını bildirmişdi: “Bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.
“Spiker istəsə, Səfər Mehdiyevlə söhbətimizin səsyazısını təqdim edə bilərəm”
“İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik Baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”.
Bu fikirləri haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab olaraq verdiyi açıqlamada deyib.
Jurnalist təəsüfləndiyini bildirib ki, onu və haqqın.az saytını hansısa intriqalara cəlb etmək istəyirlər. E.Fətullayev məmurları və deputatları açıq siyasətə və səmimiliyə çağırıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Qafqazinfo”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
-
3 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
15 d. əvvəl
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
-
29 d. əvvəl
"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"
-
1 saat əvvəl
BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR
-
1 saat əvvəl
Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı
-
2 saat əvvəl
TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR

Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı
Ən çox oxunanlar

Azərbaycanda orta maaş rəqəmi 10 faizə yaxın artıb

"Bank Melli İran" Bakı filialının xalis mənfəəti 13%-ə yaxın azalıb

Sərfəli ilkin ödənişlə mənzil axtarırsınız? - Təmirli mənzillər cəmi 18 165 manat ilkin ödənişlə

Porsche-nin Çində satışları kəskin azalıb - Qlobal satış son 3 ilin ən aşağı səviyyəsindədir

“PAŞA Bank”dan "mPOS" ilə ödəniş qəbulunda 0% komissiya!
