Şəmkir pomidorunun 70 faizi Rusiyaya ixrac olunur
Şəmkir rayonunun kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Hazırda rayonun kəndli fermerləri və fərdi təsərrüfat sahibləri tarla işləri ilə məşğuldur. Erkən yaz aylarında havanın bir müddət yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün çox xeyirli olub. Belə ki, sahələrdə bol məhsul yetişib.
Bu sözləri söhbətində Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Kamil Yusibov bildirib. Onun sözlərinə görə, hazırda rayonun 30-dan artıq kəndində vətəndaşlar fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğuldurlar.
Kamil Yusibov qeyd edib ki, Əliyaqublu, Muxtariyyat, Dəllər Cəyir, Qaracəmirli, Yeniabad, Yeni Həyat, Mahmudlu, Keçili kəndlərində tərəvəz əkini daha geniş vüsət alıb. Bu kəndlərdə faraş tərəvəzçilik əkininə çox erkən, yəni dekabr ayında başlanılır: “Həmin kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixana olmasın. Əvvəlcə kiçik istixanalarda pomidor toxumlarının səpini aparılır. Aqrotexniki qulluq göstərilərək yetişdirilən pomidor şitilləri fevral-mart aylarında böyük istixanalarda torpağa köçürülür. Hazırda kəndlərdə pomidor və xiyar şitillərinə qulluq edilir, eləcə də yetişən məhsul toplanılaraq müştərilərə satılır”.
İdarə rəisi bildirib ki, kənd əməkçiləri məhsulu alıcılara elə öz həyətlərində satırlar: “Pomidorun bir kiloqramı 70-80 qəpiyə, xiyarın bir kiloqramı isə 40-50 qəpiyə satılır. Rayonda istehsal olunan pomidorun təxminən 70-80 faizi Rusiyaya ixrac edilir. İş adamları kəndlərə gedərək həyətlərdə məhsulu vətəndaşlardan münasib qiymətə alır, qablaşdırır və yük avtomobilləri ilə Rusiya bazarlarına aparırlar”.
Qeyd edək ki, rayonda faraş tərəvəzçiliklə məşğul olan istehsalçıların 60-70 faizi istixanalardan ildə iki dəfə məhsul götürə bilirlər. Bu il rayonda 4099 nəfər 896 hektar sahədə pomidor və xiyar məhsulları yetişdirib. Bir hektardan orta məhsuldarlığın 90-95 sentner olması, yəni 80-90 min ton tərəvəz məhsulu gözlənilir. İndiyədək 50-55 min ton məhsul tədarük edilərək satılıb. Hazırda rayonda məhsul yığımı davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















