Azərbaycanın metal məmulatları istehsal edən şirkətindən investorlara 4 milyon manatlıq təklif

Metal məmulatlarının istehsalı ilə məşğul olan “EKSPRESS-C” ASC hər birinin nominal dəyəri 1000 manat olan 4 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır. Şirkət investorlardan 4 milyon manat cəlb etdmək niyyətindədir.
Marja.az xəbər verir ki, şirkətin ilk 2 milyon manatlıq itiqrazlarının yerləşdirilməsi 2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Digər buraxılışların yerləşdirilməsi hər biri 1 milyon manatlıq olmaqla təşkil ediləcəkdir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 12,5%-dir. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə kupon faizləri 3 aydan bir ödəniləcəkdir.
İstiqraz təklifinin səbəbi istehsal həcminin artırılması ilə mənfəətin əldə edilməsidir. Məlum olduğu kimi qeyri neft sektorunun inkişafı prioritet istiqamətlərdən biridir. Bu məqsədlə ixracyönümlü məhsulların hazırlanması, habelə daxili bazarda tələbin qarşılanması məqsədi ilə şirkət öz fəaliyyətini genişləndirmək məqsədini daşıyır.
“EKSPRESS-C” ASC 2020-ci ili 30 min 641 manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 56 min 712 manat xalis mənfəət ilə bağlamışdı. Şirkət 2021-ci ilin 10 ayını isə 85 min 76 manat xalis mənfəət ilə yekunlaşdırıb.
2020-ci ilin sonunda “EKSPRESS-C” ASC-nin cəmi aktivləri 1 milyon 145 min 693 manat, cəmi öhdəlikləri 1 milyon 84 min 531 manat, cəmi kapitalı isə 61 min 162 manat təşkil edib.
Maliyyə vəsaiti cəlb etmək üçün yenidən təşkil olunmuş və 2021-ci ildən etibarən Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərən “EKSPRESS-C” ASC-nin nizamnamə kapitalının 96.22 %-i İsmayılov Camaləddin Nurəddin oğluna, 3.78%-i Hüseynov Ömər Sahib oğluna məxsusdur.
“EKSPRESS-C” ASC-nin nizamnamə kapitalı yenidən təşkil nəticəsində 8 milyon 354 min 900 manat məbləğinə çatdırılıb.
“Ekspress-C” ASC-nin zavodu Qobustan rayonu, Navahi qəsəbəsində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
10 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
12 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
13 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
13 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
